Cümə axşamı, 21 Avqust, 2025

Təlimçi Köməkçisi(Təcrübəçi) vakansiyası


  • Dərc edildi: 29 Aprel, 2025 - 21:17
Təlimçi Köməkçisi(Təcrübəçi) vakansiyası

Vakansiya: Təlimçi Köməkçisi(Təcrübəçi)



Siesco MMC olaraq böyüyən komandamıza "Təlimçi Köməkçisi" axtarırıq!

Namizədə tələblər:

Rus dilini mükəmməl bilmək (yazılı və şifahi);
Cins: kişi;
Ali təhsil (tədris, idarəetmə və ya texniki sahələr üzrə olması üstünlükdür);
Təlimlərin təşkili və keçirilməsində iştirak təcrübəsi arzuolunandır;
Yüksək kommunikasiya və təqdimat bacarıqları;
Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı;
Sənədlərlə və tədris materialları ilə işləmə bacarığı;
1C biliklərinin olması arzuolunandır(yoxdursa, öyrədiləcək).
Aktiv, enerjili və məsuliyyətli.

Əsas vəzifə öhdəlikləri:

Təlim proqramlarının və ssenarilərinin hazırlanmasında təlimçiyə dəstək olmaq;
Təlimlərin keçirilməsində və idarə olunmasında fəal iştirak etmək;
Təlim materiallarının hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
Təlim iştirakçılarının təşkili və prosesin koordinasiyası;
Təlimlərlə bağlı inzibati və təşkilati işlərin icrası.

Şirkət təklif edir:

Təcrübə;
Peşəkar inkişaf və təlimlərdə iştirak imkanı;
Komanda ruhu olan, dəstəkləyici kollektiv;
Karyera yüksəlişi üçün real imkanlar.

Qrafik və ünvan:
6 günlük iş qrafiki.
Ünvan: Əhməd Rəcəbli 183.


Müraciət etmək üçün:
Zəhmət olmasa, CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində “Təlimçi Köməkçisi” qeyd etməyi unutmayın.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 67
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7056
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1819
Azərbaycan Texnologi...