Çərşənbə axşamı, 3 İyun, 2025

ABB-nin 3-cü Təcrübə proqramına qeydiyyat davam edir


  • Dərc edildi: 18 Noyabr, 2022 - 10:28
ABB-nin 3-cü Təcrübə proqramına qeydiyyat davam edir

ABB təcrübə proqramının məqsədi nədir?

Magistr tələbələri və yeni məzunlar üçün ABB tərəfindən elan edilən təcrübə proqramıdır. Proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə ABB-də çalışan əməkdaşlardan biri olmaq imkanını yaradır.

Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaqdır.

Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil alan namizədlərə üstünlük veriləcəkdir.

Bu təcrübə proqramı iştirakçılara nələri qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq
  • Öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki biliklərə yiyələnmə şansı
  • Bankın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramının sonunda işlə təmin olunma imkanı

Kimlər müraciət edə bilər?

ABB təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:

  • Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemləri üzrə isə 75 faizdən yuxarı olmalı;
  • İngilis dili səviyyəsi yüksək (upper-intermediate level) olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Ali təhsilini 2020, 2021 və 2022-ci illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı

ABB Təcrübə proqramının müddəti nə qədərdir?

4 ay

ABB Təcrübə proqramı ödənişlidir?

Bəli, Təcrübə proqramına cəlb olunan təcrübəçilərə təcrübə müddəti ərzində hər ay müəyyən məbləğdə ödəniş ediləcəkdir.

Son müraciət tarixi: 21 noyabr 2022-ci il

Qeydiyyat

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 166
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 39
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 151
Lisey və gimnaziyala...