Çərşənbə, 27 Avqust, 2025

“İnkişafın Əsaslı Dayağı ol” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 19 Oktyabr, 2022 - 17:03
“İnkişafın Əsaslı Dayağı ol” layihəsinin açılış mərasimi keçirilib

“İnkişafın Əsaslı Dayağı ol” layihəsinin açılış mərasimi keçirildi.

18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Bakı şəhəri, Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı orta məktəbin ibtidai sinif müəllimi Babayeva Elmiranın “İnkişafın Əsaslı Dayağı ol” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimi Paşa Nəzərov adına 60 saylı orta məktəbdə baş tutmuşdur.

Açılışda Paşa Nəzərov adına 60 saylı orta məktəbin direktoru Emiliya Səfərəliyeva, layihənin eksperti Elvin Axundov, layihə üzrə tərcüməçi Aytac Ağarəhimli və müəllimlər iştirak edib.

Layihənin rəhbəri Elmira Babayeva layihənin məqsədi, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.

Xatırladaq ki, layihənin məqsədi udemy.org-da yerləşdirilən kursları azərbaycan dilinə tərcümə edərək müəllimlərin şəxsi inkişaf dinamikasını artırmaqlarına dəstək olmaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 659
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 130
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7514
Sumqayıt Dövlət Univ...