Cümə, 22 Avqust, 2025

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edirik!


  • Dərc edildi: 4 Aprel, 2024 - 18:01
“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edirik!

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edirik!

 

Azərbaycan Respublikası Gənclər Fondunun və bp Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək müsabiqə iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsi məqsədi daşıyır. 

 

Hakaton formatında həyata keçiriləcək müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq. 

Müsabiqənin mükafatları: 

I yer - 2000 AZN

II yer - 1500 AZN

III yer - 1000 AZN

Əgər sənin qeyd olunmuş milli proritet üzrə layihə ideyan varsa və daha yaşıl gələcək üçün innovativ və davamlı yanaşmaları təşviq etməyi hədəfləyən macəranın bir parçası olmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!

Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır. İştirakçıların hal-hazırda ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alması şərtdir.

 

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Tarix: 26-28 aprel

Son qeydiyyat tarixi: 20 aprel

 

Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7 

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA 

 

Qeydiyyat üçün bio bölməsindəki linkə keçid edin.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 272
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7162
Sumqayıt Dövlət Univ...