reklam

“Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.

Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlərin təşkil olunacaqdır.

Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcəkdir.

Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 30.04.2024-cü il.

Layihəyə kimlər müraciət edə bilər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə 4-cü kurs bakalavriat və ya 1-ci kurs magistr təhsili almalıdır.
  • Qeyd olunan ixtisaslar üzrə təhsil almalıdır.
  • Ali təhsil müəssisəsinin bakalavr pilləsinə minimum qəbul balı 300, magistr pilləsinə isə 60 olmalıdır.
  • Ümumi orta müvəffəqiyyət göstəriciləri 80% -dən yuxarı olmalıdır.
  • Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
  • Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
  • Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
  • Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
  • Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
  • I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
  • İşsiz kimi qeydiyyatda olanlar;
  • İş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
  • İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Yuxarıdakı sosial kriteriyalara cavab verən 1-ci kurs magistr tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramından yararlanmış şəxs, bu layihəyə müraciət edə bilməz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az