Azərbaycan Supermarket MMC "Müştəri münasibətləri üzrə mütəxəssis" vakansiyanı elan edir.
Vəzifənin məqsədi:
Müştəri münasibətləri üzrə mütəxəssis müştərilərin şirkətlə qarşılıqlı əlaqələri zamanı müstəsna xidmət və müsbət ümumi təcrübə almasını təmin edir.
*Mağaza əməliyyatlarına yönəlmiş koordinasiya, monitorinq və problemlərin idarə edilməsi yolu ilə müştəri məmnuniyyətinin təmin edilməsi üçün proaktiv, qaydalara uyğun və səmərəli təşkilatçılıq vasitəsilə müstəsna loyallıq təcrübələri təqdim etmək.
* Pensiyaçı kartının koordinasiya və idarə edilməsi:
* Yeni kartın aktivləşdirilməsi, bitmə tarixlərinə nəzarət, yenidən qeydiyyata alınması, kartın itirilməsi / zədələnməsi proseslərinin idarə edilməsi.
* Mağazalardan yüklənmiş təqaüdçü müştəri məlumat və sənədlərini sistemdə yoxlamaq və düzəliş etmək.
* Təqaüdçü müştərilərinin məlumatlarının monitorinqi, təqaüdçülərin statusunun təsdiqlənməsi və dövlət təşkilatında (Dövlət Sosial Müdafiə Fondu) “adsız” bank kartlarının müəyyən edilməsi.
* Müxtəlif kanallardan (çağrı mərkəzi, sosial media, mağazalar, partnyorlar və s.) əldə edilmiş loyallıq kartları haqqında təqaüdçü müştərilərdən daxil olan sorğu / şikayətləri araşdırmaq və həll etmək.
Əməliyyat məsələlərinin koordinasiyası və UMİCO tərəfdaşları ilə əməkdaşlıq:
* Yeni mağazalarda loyallıq proqramı sistemlərinin tətbiqi (kartların paylanması, giriş/şifrənin verilməsi, təlimlərin verilməsi).
* Müxtəlif kanallardan (çağrı mərkəzi, sosial media, mağazalar, partnyorlar və s.) əldə edilmiş loyallıq kartları haqqında UMİCO müştərilərdən daxil olan sorğu / şikayətləri araşdırmaq və həll etmək.
* UMICO nümayəndələrinin Bravo mağazalarında paylaşdırılmasını təmin etmək.
* Pərakəndə əməliyyatlar komandasına Kart Qeydiyyatı hesabatını təqdim etmək.
* Gizli Müştəri layihə tapşırıqlarının koordinasiyası və idarə olunmasında şöbə rəhbərinə dəstək olmaq:
* Gizli alış-veriş proqramının bütün aspektlərinin təşkili, əlaqələndirilməsi və icrasına cavabdehlik daşımaq.
* Proqramın uğurla həyata keçirilməsini və layihənin ayrılmış məqsədlər və müddətlər daxilində çatdırılmasını təmin etmək.
* Müştərilərə xidmət və əməliyyat səmərəliliyini artırmaq üçün bütün aidiyyəti departamentlərlə əməkdaşlıq etmək.
əsas anlayışları və tövsiyələri vurğulayan ətraflı hesabatlar və təqdimatlar hazırlamaq, həmçinin müntəzəm hesabatlar təqdim etmək (həftəlik, aylıq) və onları Bİ sisteminə yükləmək
Biliklər:
* Biznesin idarə edilməsi/marketinq/iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
* Azərbaycan, ingilis və rus dilləri üzrə biliklər.
* Microsoft Office proqramlarında işləmək bacarığı, Excel və Outlook üzrə qabaqcıl biliklərə sahib olmaq.
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Müştəri münasibətləri üzrə mütəxəssis ” qeyd etməklə edə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur