Bazar, 8 İyun, 2025

"İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 3 Avqust, 2022 - 13:02
"İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya

Azərikard "İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir:

Vəzifə öhdəlikləri
• Siyasətlər, standartlar və təlimatlar hazırlamalı, tənzimləməli və ITIL/COBIT kimi çərçivənin təşkilat daxilində tətbiq olunduğundan əmin olmalı;
• Standartlara və siyasətlərə uyğunluğunu və onlara riayət olunmasını təmin etmək üçün İT prosedurlarının effektivliyini qiymətləndirilməsi və/və ya monitorinqi üçün müvafiq prosesləri inkişaf etdirməli və həyata keçirməli;
• Risklər haqqında hesabat verməli onların azaldılması üçün imkanları müəyyən edərkən düzəldici və qabaqlayıcı tədbirləri tövsiyə və tətbiq etməli;
• Mövcud proses dizaynlarını nəzərdən keçirməli, təkmilləşdirməli və öz tövsiyələrini
komandalarla müzakirə etməli;
• Risklərin idarə edilməsinin bütün sahələri ilə güclü və effektiv iş əlaqələri saxlamalı;
• İT siyasətlər, standartlar, proses və prosedurlar yaratmalı və dizayn etməli;
• İT menecment ilə hesabatlar hazırlamalı və paylaşmalı, İT prosesinin maneələrini müəyyənləşdirməli və tövsiyələr təklif etməli;
• İT prosesləri/prosedurları təhlil etməli və optimallaşdırmalı;
• İT komandaların məqsədlərinə nəzarət etməli və optimallaşdırma üzrə təkliflər tövsiyyə etməli;
• İT performansı, İT komandaları haqqında hesabatlar hazırlamalı;
• Müəssisə İT siyasətinin idarə edilməsi, müəs

sisə İT strategiyası, İT daxili və xarici auditləri və İT riskinin qəbulu kimi əsas elementlər üçün İT əlaqəsinin vahid nöqtəsi kimi fəaliyyət
göstərməli;
• Serverlər, iş stansiyaları, lisenziyalar, avadanlıqların ayarları , icazələrin yazılması haqqında məlumatları aktual vəziyyətə gətirilməsi və saxlanılması;
• Bütün onlayn proseslərdə məlumatlar mübadiləsinin sxem üzrə sənədləşdirilməsi;
• Auditlərin keçirilməsi məqsədi ilə sənədləşmənin və hesabatların aparılması;
• Prosedurların, sxemlərin, təlimatların və diqər sənədlərin hazırlanması, korporativ resursda yerləşdirilməsi, əməkdaşların dəyişiklər barədə məlumatlandırılması.

Vəzifəyə olan tələblər
• Ali təhsil;
• İT, İT PMO və ya Audit sahəsində ən azı 1 il iş təcrübəsi;
• Şəbəkə , Windows və Linux üzrə ilkin biliklər;
• MS Visio və Excel-dən rahat istifadə etməli;
• Liderlik bacarıqları;
• Proseslərin dizaynı və təhlili bacarıqları;
• Güclü təqdimatının yaradılması və dizayn bacarığı;
• İşgüzar,diqqətçil,məsuliyyətli, komandada işləməyi bacarmaq;
• Azərbaycan dili, Rus dili (sərbəst), İnglis dili (texniki səviyyə) biliklərin olması;
• Arzu olunur: COBIT, ITIL sertifikatlı.

Namizədlərdən CV-lərini “İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 145
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 331
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 91
Elm və təhsil naziri...