Çərşənbə axşamı, 5 Avqust, 2025

E-commerce departamentində Kiçik əməliyyatçı vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 12 Yanvar, 2023 - 17:38
E-commerce departamentində Kiçik əməliyyatçı vəzifəsi üzrə vakansiya

Baku Electronics Şirkəti E-commerce departamentinə Kiçik əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

-     Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək;
-     Online satış təmsilçiləri işdə olmadıqları zaman onları əvəz etmək və onlara həvalə edilmiş bütün işlərin qanunvericiliyə və şirkət daxili prosedurlara uyğun icra edilməsini təmin etmək;
-     Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı o işdə olmadığı zaman əvəz etmək;
-     Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək;
-     Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək;
-     Əməliyyat işinin məhsuldar təşkili üçün mütəmadi olaraq təkliflər hazırlamaq;
-     Rəhbərlik tərəfindən verilən digər tapşırıqları və təlimatları vaxtında yerinə yetirmək.

Tələblər:

-   Ali təhsil;
-   MS Office proqramlarından sərbəst istifadə (Excel biliklərinin olması üstünlükdür);
- Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
- Məsuliyyətlilik, işdə dəqiqlik, detallara fikir vermək bacarığı.


- İş qrafiki: 09:00- 18:00
- İş yeri: BE Baş ofis

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kiçik əməliyyatçı” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5752
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1059
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 375
“İnnovativ məktəb” l...