Bazar ertəsi, 2 İyun, 2025

“Məktəb mentorları” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 18 Oktyabr, 2022 - 15:26
“Məktəb mentorları” layihəsinin açılış mərasimi keçirilib

15 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Məktəb mentorları” layihəsinin açılış mərasimi keçirildi.

“Məktəb mentorları” layihəsinin açılış mərasimi Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbdə keçirildi. Müvafiq təcrübə və pedaqoji qabiliyyətə malik olan müəllimlərin aşkara çıxarılmasını təmin etmək üçün həyata keçirilən layihənin məqsədi məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdır.

Açılışda AGMA-nın sədri Rüfət Əsədzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon üzrə Təhsil sektorunun müdiri Rauf Məmmədov, sektorun aparıcı məsləhətçisi Yeganə Süleymanova, məsləhətçi İftixar İslamlı, metodkabinetin əməkdaşları Qızqayıt Əhmədova, Nigar Zakirova Nərminə Eminova, məktəb direktorları və gənc müəllimlər iştirak edib.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Burada layihəyə cəlb olunacaq hər bir könüllü və layihə əməkdaşının öhdəlikləri təyin olunaraq

onlara təqdim edilmişdir. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqqurulmuş və layihənin təqdimatı keçirilmişdir. Təqdimat zamanı mentorluq və onun mahiyyəti, prosesin icra formaları və seçim meyarları ilə bağlı ətraflı məlumatlar verilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilir.


 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 125
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...