Full-Stack Developer vakansiyası
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal-hazırda aktiv olan vakansiya: Full-Stack Developer.
Vəzifəyə olan tələblər:
· Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır;
· Minimum 3 il full-stack development sahəsi üzrə iş təcrübəsinin olması;
· HTML5, CSS3, JavaScript və TypeScript biliklərin olması;
· Əsas front-end framework-lər (React, Angular və ya Vue.js) ilə iş təcrübəsinin olması;
· Java (Spring Boot ) və PHP dillərində iş təcrübəsinin olması;
· SQL (Oracle, MySQL, PostgreSQL) biliklərinin olması;
· SOAP/RESTful və ya RPC API-lərin dizaynı və inteqrasiyası ilə təcrübə;
· CI/CD proseslərinin qurulması və konteynerləşdirmə (Docker, Kubernetes) ilə təcrübə;
· Git, GitHub, GitLab və ya Bitbucket kimi platformalarla işləmə bacarığı;
· Mikroservis arxitekturası, monolit sistemlər və onların fərqləri ilə bağlı biliklərin olması;
· MVC, Singleton, Factory və s. kimi dizayn nümunələri haqqında biliklərin olması;
· Agile, Scrum və ya Kanban kimi layihə idarəetmə metodologiyaları ilə iş təcrübəsinin olması.
Vəzifə öhdəlikləri:
· Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir;
· İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir;
· Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
· Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
· Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
· Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın birbaşa rəhbərini məlumatlandırır;
· Birbaşa rəhbərinin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
· Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir.
Namizədlərdən CV-lərini "Full-Stack Developer" mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur