Frontend developer vakansiyası
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal-hazırda aktiv olan vakansiya: Frontend developer
Vəzifəyə olan tələblər:
• Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır;
• Frontend development sahəsində minimum 2 il iş təcrübəsi;
• JavaScript və TypeScript üzrə güclü biliklər;
• React və React Hooks üzrə praktiki təcrübə;
• REST API ilə işləmə təcrübəsi;
• HTML5 və CSS3 üzrə dərin biliklər;
• Responsiv və adaptiv dizayn təcrübəsi;
• Müasir "build" alətləri (Vite, Webpack) ilə işləmə təcrübəsi;
• Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
• Git ilə işləmə bacarığı;
• Data structures və design patterns üzrə bilik;
• Figma kimi alətlərlə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək;
• Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi;
• Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək;
• Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək;
• Funksionallıqların test edilməsi;
• Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək.
Namizədlərdən CV-lərini "Frontend developer" mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur