Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Bakı) vakansiyası

“Bank Respublika” ASC Bakı filialları üçün Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Bakı) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az