Çərşənbə axşamı, 1 İyul, 2025

Karyeranızı Instyle-da qurun


  • Dərc edildi: 10 May, 2023 - 12:55
Karyeranızı Instyle-da qurun

Karyeranızı Instyle-da qurun
Vakansiya: E-Commerce Satış üzrə Mütəxəssis

 

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Karyera inkişafı üçün mükəmməl şərait
  • AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi

 

Vəzifə öhdəlikləri:

  • Sayt üzərindən və sosial səhifələrdən daxil olan sifarişləri qeydə almaq;
  • Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
  • Müştərilərlə münasibətdə şirkətin imicinə uyğun olaraq öz vəzifələrini peşəkarcasına və nəzakətlə yerinə yetirmək;
  • Müştəri sifarişlərinin əsas anbardan yoxlanılaraq təhvil alınması;
  • Çatdırılma zamanı müştərilərin suallarını və rəylərini cavablamaq;
  • Sifarişlərin çatdırılması nəticəsində yaranan bütün nağd əməliyyatlara görə cavabdeh olmaq;
  • Onlayn Satış üzrə müvafiq hesabatların hazırlanması (Çatdırılmış sifarişlərin sayı, detalları, müştərilərin istəkləri və rəyləri haqqında məlumatlar);
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, müştəri loyallığını qorumaq;
  • Müştəriləri gülərüzlə salamlamaq, hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
  • Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək;

 

Namizədə tələblər

  • Effektiv kommunikasiya bacarığı
  • Yüksək iş etikası
  • Azərbaycan dili və rus dili sərbəst, ingilis dili üstünlükdür
  • Satış/müştəri xidmətləri sahəsində minimum 2 il təcrübə
  • Yaş həddi: 20-35

 

 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılır
  • Əmək haqqı: 600 AZN + Bonus
  • İş rejimi: Bazar Ertəsi – Şənbə (Ofis daxili)
  • Şəhərin mərkəzində yerləşən ofis
  • Çatdırılmaları həyata keçirmək üçün şirkət hesabına taksi təmin olunacaqdır

 

 

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “E-Commerce Satış üzrə Mütəxəssis EduMap” qeyd edərək [email protected] email ünvanına yollaya bilərlər 

 

Müraciət üçün son tarix: 30.06.2023

 

Müraciət üçün son tarix: 30.06.2023

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 32
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 18
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...