COP29 Akademiyası fəaliyyətə başladı
COP29 Akademiyası mentorluq, peşəkar inkişaf və iş imkanları təklif edən geniş miqyaslı bir layihədir. Proqramın əsas məqsədi iştirakçıların iqlim dəyişmələri və daynıqlılıq sahəsində yeni biliklərin əldə edilməsi, bu məlumatların həmyaşıdları və ailələri ilə paylaşılmasının təmin edilməsidir. Həmçinin, Proqramın əsas hədəflərindən biri davamlı inkişaf və öyrənmə mədəniyyətinin təşviqidir.
Mentorluq və liderlik
İştirakçılar sahənin aparıcı peşəkar mütəxəssisləri tərəfindən dəstək, dəyərli biliklərə yiyələnmək və mühüm işgüzar əlaqələrin qurulması kimi imkanları qazanacaqlar.
Peşəkar inkişaf üzrə təlim sessiyaları
Proqram, liderlik, ünsiyyət, davamlı peşəkar inkişaf, layihələrin idarəolunması, öyrənmə mədəniyyəti və bu kimi digər vacib bacarıqların inkişafına yönəlmiş bir sıra təlim sessiyalarını əhatə edəcəkdir.
İş imkanları
COP29 Akademiyasının iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.
Kim müraciət edə bilər?
Proqram yalnız 2023-cü il yanvarın 1-dən 2024-cü il iyulun 1-dək istənilən ixtisas üzrə ali təhsilini (bakalavr və ya magistr pilləsini) tamamlamış şəxslər üçün nəzərdə tutulmuşdur.
Necə müraciət edim?
Müraciət etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçin.
Tələblər
Müraciət etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçin.
Proqrama yalnız Azərbaycan vətəndaşı olan şəxs müraciət edə bilər.
Proqrama yalnız əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər müraciət edə bilər. Namizədin əvvəlki ictimai fəallıq, liderlik qabiliyyəti tələb olunan sahələrdə təcrübə, ekoloji dayanıqlılıqla əlaqəli fəaliyyəti xüsusi diqqətlə nəzərə alınacaqdır.
Namizəd şəxsi keyfiyyətlərini, bacarıqlarını və karyera potensialını təsdiqləyə biləcək iki şəxsin əlaqə vasitələrini təqdim etməlidir. Bu şəxslər namizədin Proqrama müraciət etdiyi dövrə qədər onun akademik və ya peşəkar fəaliyyətində yaxından iştirak etmiş olmalıdırlar.
- Namizəd 2000 simvoldan artıq olmayan əsaslandırma məktubunu təqdim etməlidir.
Namizəd azərbaycan və ingilis dillərini səlis bilməlidir.
Namizəd layihəyə qoşulma müddətində Bakıda yaşayış xərclərini özü qarşılamalıdır.
Müraciət edən kişi namizədlər məcburi hərbi xidməti tamamlamış, rəsmi olaraq azad edilmiş və ya etibarlı təxirə salınma hüququna malik olmalıdır.
Namizəd təhsil məlumatları, iş təcrübələri, bacarıq və nailiyyətləri kimi ətraflı məlumatları əks etdirən CV təqdim etməlidir.
FAQ
Seçilən şəxslər hansı vəzifələr üzrə fəaliyyət göstərəcəklər?
Akademiya iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkətinin fərqli departamentlərində mövcud tələblərə uyğun olaraq vəzifələrə təyin olunacaqlar.
Təlimlər hansı müddəti əhatə edəcək?
COP29 Akademiyası çərçivəsində həyata keçiriləcək təlimlər cari ilin iyul-avqust aylarını əhatə edəcək.
Təlim müddətində əmək haqqı verilməsi nəzərdə tutulurmu?
COP29 Akademiya iştirakçıları ilə tərəfimizdən xüsusi müqavilə imzalanacaqdır. Müqaviləyə əsasən təlimlər müddətində iştirakçıların minimal xərcləri tərəfimizdən qarşılanacaqdır. Sentyabr ayından etibarən iştirakçılar uyğun olduqları departamentlərə təyin edildikdən sonra müvafiq əməkhaqqı ilə təmin ediləcəklər.
Əlaqə
E-mail: [email protected]
Phone: +994125352928
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur