Cümə axşamı, 26 İyun, 2025

“Tədris şöbəsində mütəxəssis” vakansiyası


  • Dərc edildi: 14 İyun, 2024 - 12:19
“Tədris şöbəsində mütəxəssis” vakansiyası

Vakansiya- “Tədris şöbəsində mütəxəssis”

 


Namizəddən tələblər: 

  • B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
  • Təhsil idarəetməsi (Özəl kurs) sahəsində menecer vəzifəsində 1-3 il iş təcrübəsi mütləqdir. 
  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
  • Excel proqramında sərbəst işləyə bilmək. 

Vəzifə öhdəlikləri:

  1. Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, Cambridge, TYS, YÖS və s).  Qeyd: Bu bənd zəruridir və bunun üçün B2 səviyyədə ingilis dili biliyi tələb olunur.
  2. Təhsil mərkəzində daxili sınaq imtahanlarının təşkilini həyata keçirmək.
  3. Tələbələrin təhsil haqda hesabatlarını həftəlik valideynlərə təqdim etmək. 
  4. Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
  5. Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
  6. Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək. 

İş haqda məlumat:

  • İş qrafiki: 6 gün
  • 5 gün saat 10:00-19:00
  • Şənbə- saat 10:00 -16:00
  • Əmək haqqı: 600 AZN. 
  • İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi.
  • Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis vəzifələrinə qədər yüksəlmək imkanı. 
  • Rəsmi əmək müqaviləsi ilə iş. 
  • Ünvan- City Point biznes mərkəzi Cəlil Məmmədquluzadə 102 A. (“StudyLab” təhsil mərkəzi).

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada [email protected] elektron ünvanına “Tədris şöbəsində mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 173
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 792
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 201
Sertifikatlaşdırmada...