İR biznes tərəfdaş (HR business partner)
Sağlam Ailə Tibb Mərkəzi "İR biznes tərəfdaş (HR business partner)" vakansiyası elan edir.
Səlahiyyətlər:
- Biznes və İR funksional bölmələri arasında interfeys kimi fəaliyyət göstərmək və təşkilatın kadr strategiyasının onun biznes strategiyasına uyğun olmasını təmin etmək.
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 5 günü (həftəlik 40 saat);
- Rəqabətli əmək haqqı;
- Mehriban kollektiv;
- Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.
Vəzifə öhdəlikləri:
- İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün funksional bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
- İşçi qüvvəsinin planlaşdırılması və büdcəsinin hazırlanması və nəzarətini təmin etmək;
- İşə qəbul və yeni işçilərin inteqrasiyası, fəaliyyət effektivliyinin idarə edilməsi, karyera məsələləri ilə əlaqədar məsləhətləşmə, işçilərin yerdəyişməsi və digər İR üzrə proseslər, siyasətlər və prosedurlar, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, İR prosesləri portfelini həyata keçirmək və müvafiq hallarda məsləhətlər vermək;
- İşə qəbul zamanı namizədlərin rəhbərlərlə müsahibə prosesi və uyğun namizədin seçilməsində iştirak etmək, seçilmiş namizədlə bağlı əmək haqqının müəyyənləşdirilməsi və iş təklifi məktubunun namizədə təqdimi və təsdiqini təmin etmək;
- Funksional bölmə rəhbərləri ilə mütəmadi görüşləri keçirmək, aylıq və ya rüblük təqdimatları təqdim etmək;
- Funksional bölmə işçiləri ilə mütəmadi görüşləri keçirmək;
- Funksional bölmələrin iş təsviri formalarının yaradılmasına nəzarət etmək;
- Performans və istedadların idarə edilməsi proseslərini həyata keçirmək;
- Funksional bölmə işçilərinin karyera planlaşdırması və idarə olunmasına dəstək vermək.
- İR üzrə yeni proyektləri həyata keçirtmək.
Vəzifəyə olan tələblər:
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
- İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
- İşə qəbul və işçilərin inteqrasiyası üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
- İR Biznes Tərəfdaş kimi iş təcrübəsi arzuolunandır;
- İR biznes əməkdaşlığı modeli, fəaliyyət effektivliyinin idarə edilməsi, kadrların kvalifikasiyasının artırılması və mükafatlandırma sistemi üzrə ümumi anlayışa malik olmaq;
- Microsoft office proqramlarında işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərində səlis yazmaq və danışmaq bacarığı;
- Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
- İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.
Müraciət etmək üçün mövzu hissəsində "İR biznes tərəfdaş (HR business partner)" qeyd etməklə [email protected] elektron ünvanına CV göndərə bilərsiz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur