Çərşənbə axşamı, 26 Avqust, 2025

GƏNCLƏR ÜÇÜN UNİKAL İMKAN! MAAŞLI TƏCRÜBƏ – TƏLİM PROQRAMI


  • Dərc edildi: 13 Mart, 2025 - 17:13
GƏNCLƏR ÜÇÜN UNİKAL İMKAN! MAAŞLI TƏCRÜBƏ – TƏLİM PROQRAMI

GƏNCLƏR ÜÇÜN UNİKAL İMKAN! MAAŞLI TƏCRÜBƏ – TƏLİM PROQRAMI 



Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq çərçivəsində Prime Cotton şirkəti gənc aqronomlar və aqromühəndislər üçün ödənişli təcrübə proqramına start verir!
Aqronomiya və aqromühəndislik kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Müasir texnologiyalardan istifadə edərək məhsuldarlığı artırmaq, torpaqdan səmərəli istifadə etmək və aqrar sektoru innovativ həllərlə gücləndirmək üçün peşəkar kadrların yetişdirilməsi vacibdir. Prime Cotton olaraq, biz bu sahənin strateji əhəmiyyətini anlayır və ölkədə aqrar ixtisasların inkişafına töhfə verməyi prioritet hesab edirik. Bu səbəbdən, gənclərə bu sahədə ixtisaslaşmaq və gələcəyin peşəkar mütəxəssisi olmaq üçün real imkan yaradırıq!
Qeyd edək ki, təcrübə proqramı Bərdə, Tərtər və Saatlı rayonlarında həyata keçiriləcəkdir və həmin rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək. Son olaraq, iş təcrübəsi tələb olunmur. 
 


NƏ QAZANACAQSINIZ?


 6 ay müddətində ödənişli təcrübə imkanı
 Yerli və xarici peşəkar mütəxəssis iş təcrübəsi
 Təlimlər, mentor dəstəyi və real iş mühiti
 Real istehsal mühitində praktiki bacarıqların və peşəkar vərdişlərin mənimsənilməsi
 Uğurla başa vuranlar üçün iş imkanları 
 


Kimlər müraciət edə bilər?


 Aqronomiya və ya aqromühəndislik ixtisası üzrə son kurs tələbələri və yeni məzunlar. Gələcəyini qurmaq və aqrar sahədə peşəkar inkişafına təkan vermək istəyən gəncləri bizimlə birgə uğur qazanmağa dəvət edirik! 

Öyrən, İnkişaf et, Uğur qazan!

 Son müraciət tarixi: 1 aprel 2025
 Müraciət üçün: [email protected] 
 Əlaqə nömrəsi: +994(55) 400 93 59 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 645
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 125
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7500
Sumqayıt Dövlət Univ...