
Vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis
Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Biz kimi axtarırıq?
Əgər sən:
· Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
· Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
· Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,
Deməli, sən bizim axtardığımız namizədsən!
Səndən gözləntilərimiz:
· Şirkətin informasiya təhlükəsizliyini qorumaq və inkişaf etdirmək;
· Məlumat təhlükəsizliyi siyasətlərini və prosedurlarını hazırlamaq və tətbiq etmək;
· Bank qaydalarına və nəzarət orqanlarının tələblərinə uyğun təhlükəsizlik standartlarını formalaşdırmaq;
· IT fövqəladə hallar planının işlənib hazırlanması və tətbiqini təmin etmək;
· Təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və risk qiymətləndirilməsini aparmaq;
· SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemlərinin idarə edilməsi;
· Phishing və digər e-poçt əsaslı hücumlardan qorunmaq üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
· Kibertəhlükəsizlik təhdidlərinin analizi, göstəricilərinin (IOC) izlənilməsi və təhdid tendensiyalarının müəyyən edilməsi;
· Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması;
· Bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması.
Tələblər:
· Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə üstünlük verilir);
· Bank sektorunda iş təcrübəsi üzrə üstünlük verilir;
· İnformasiya Texnologiyaları, telekommunikasiya və ya təhlükəsizlik sahəsində təcrübə;
· Bank qaydalarına və audit standartlarına dair biliklər;
· Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
· Güclü komanda işi və layihə idarəetmə təcrübəsi;
· Rus və İngilis dili bilikləri;
· CISM, CompTIA Security+, CompTIA CySA+ və ya digər əlaqəli sertifikatlara malik olmaq üstünlükdür;
· ISO 27001, NIST və digər təhlükəsizlik standartları üzrə biliklər;
· SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;
Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
· Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur