Daxili Kommunikasiya şöbəsi/ Təcrübəçi vakansiyası

Daxili Kommunikasiya şöbəsi/ Təcrübəçi vakansiyası

 

Ümumi məlumat

Bank haqqında:

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

 

Rol haqqında:

Daxili Kommunikasiya üzrə Təcrübəçi şirkət daxilində ünsiyyəti gücləndirmək, daxili kommunikasiya materiallarını hazırlamaq və məlumat axınını əlaqələndirməkdə dəstək olacaq.

Öhdəliklər

  • Şirkət daxilində effektiv daxili kommunikasiyanın qurulmasına dəstək vermək;
  • Daxili kommunikasiya kanallarının (email, elan lövhələri, intranet və s.) idarə olunmasına kömək etmək;
  • Elanlar, email məzmunları və digər daxili kommunikasiya materiallarının hazırlanmasında iştirak etmək;
  • Fərqli departamentlər arasında məlumat axınının əlaqələndirilməsinə dəstək olmaq;
  • Görüşlər və tədbirlər üçün kommunikasiya materiallarının hazırlanmasına kömək etmək;
  • Korporativ foto və vizual materialların hazırlanmasını təşkil etmək (əməkdaşların foto çəkilişləri, korporativ kartların hazırlanması və s.).

Tələblər

Ali təhsilli;

Ofis proqramlarında (xüsusilə, PowerPoint, excel) işləmə bacarığı;

Verilən tapşırıqlar əsasında araşdırmalar etmək bacarığı;

Ünsiyyətcil, operativ, təşəbbüskar, komanda ruhlu olması;

Koordinasiya etmə, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;

Təşkilatçılıq, idarəetmə bacarıqları olmalı;

Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər.

Son müraciət tarixi: 14 Fevral 2025

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az