Bazar ertəsi, 11 Avqust, 2025

“Coğrafi informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursu


  • Dərc edildi: 9 Avqust, 2022 - 16:22
“Coğrafi informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə "4MAPS ACADEMY" MMC-nin birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək “Coğrafi informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursuna müraciət qəbulu davam edir.

 İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək.

3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 2 dəfə, 3 saat olmaqla tədris olunacaq.

Kursa minimum orta təhsilli, 20-29 yaş həddində, işsiz vətəndaşlar müraciət edə bilərlər.

 Peşə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən və işəgötürənin tələblərinə cavab verən şəxslər “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisi olan ”4MAPS Bilgi Teknolojileri” MMC-də işlə təmin olunacaq.

 “Coğrafi informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi” üzrə peşə hazırlığı kurslarına müraciət etmək istəyən şəxslər şəxsiyyəti təsdiq edən sənədlə DOST mərkəzlərinə, Bakı (Yasamal rayonu, Məhəmməd Xiyabani 9) və Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) yaxınlaşa bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6213
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1271
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 491
“İnnovativ məktəb” l...