Maliyyə mühasibi vakansiyası

"Azərbaycan Supermarket" MMC Maliyyə nəzarəti və mühasibatlıq komandasında Maliyyə mühasibi vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:
- Aktivlərin xaric olması və hərəkət etməsinə nəzarət üçün komanda üzvləri ilə əməkdaşlıq etmək.
- Layihə xərclərinin əsas vəsait məbləğlərinin hesabına yığılmasını izləmək və müvafiq layihələr başa çatdıqdan sonra bu cür hesabları bağlamaq.
- Əsas aktivlər və stoklar ilə əlaqədar təhlillər aparmaq.
- Köməkçi anbarlarda qalıqlar üzərində ümumi nəzarəti təmin etmək.
- Fiziki inventarların hesablanması prosesinə dəstək olmaq.
- Hissələrin dəyərindəki dəyişikliklərin, satış qiymətindəki fərqlərin nəzərdən keçirilməsini təkmilləşdirmək məqsədilə təhlil vasitələrini işləyib hazırlamaq, inventarların dəqiq maliyyə hesabatının verilməsini təmin etmək.
- İnventarların təhlili hesabatlarının işlənib hazırlanması və fərqlərin təhlil edilməsi.
- Mal təchizatçılarının müqavilə şərtlərinin sistemə uyğun izlənilməsi.
- Hesabat dövrü üçün idxal xərcinin təhlili faylının təqdim edilməsi.
- Hesabat dövrü üçün qiymətin azaldılması faylının təqdim edilməsi.
- Hesabat dövrü üçün xərclərin artması və azalmasına dair təhlilin təqdim edilməsi.

Vəzifə üzrə tələblər:
- Maliyyə, mühasibatlıq və yaxud digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
- Maliyyə, mühasibatlıq və beynəlxalq standartlar haqqında ümumi biliyə sahib olmaq.
- ACCA F3 sertifikatı tələb olunur; digər beynəlxalq sertifikatların olması üstünlükdür.
- Mühasibatlıq ilə bağlı proqram təminatı və proqramlar haqqında məlumatlı olmaq.
- Problemlərin proaktiv şəkildə həll edilməsi üçün tənqidi və analitik düşünmə qabiliyyətinə sahib olmaq.
- Microsoft Ofis proqramlarından istifadə, xüsusilə elektron cədvəlin (pivot cədvəlləri, düsturlar, qrafiklər) yaradılması bacarıqlarına sahib olmaq.
- Maliyyə hesabatları barədə anlayışlara sahib olmaq.
- Son tarixləri daimi olaraq qarşılamaq qabiliyyəti.
- Müxtəlif səviyyədən olan işçilər ilə həm fərdi, həm də birgə işləyə bilmə qabiliyyəti.
- Yaxşı komanda oyunçusu olmaq.
- Detallara diqqət vermək.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Maliyyə mühasibi” başlığı ilə müraciət edə bilər.
 
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az