Çərşənbə axşamı, 3 İyun, 2025

"Div Academy" marketinq sahəsində təcrübə proqramı elan edir


  • Dərc edildi: 23 İyun, 2023 - 23:46
"Div Academy" marketinq sahəsində təcrübə proqramı elan edir

"Div Academy" marketinq sahəsində əvəzolunmaz karyera qurmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir. Proqramı uğurla bitirən namizədlər əməkdaş olaraq işə qəbul olunma şansı əldə edir. 

 

Təcrübə proqramında nələr öyrədiləcək:

- Ənənəvi marketinq və Rəqəmsal marketinq bilikləri

- Biznesin inkişafı üçün yeni marketinq ideyalarının aşkarlanması

- Digital məhsullar üzrə bazar araşdırmasının aparılması

- Korporativ sosial layihələrin marketinqdə və marka siyasətində önəmi

- Marketinq kampaniyalarının, aksiyaların keçirilməsində iştirak

- Müştərilərlə şirkət arasında düzgün ünsiyyətin qurulması

- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak

- Marka, Brand awareness, Brand damage anlayışları və Azərbaycanda real nümunələri

- Copywriting. Satan reklamlar. Şüuraltına təsir edən marketinq mətnləri

- Event marketing, Email marketing, Guerilla marketing, Aroma marketing

- Influence marketing və real keyslər

- və digər mövzular

 

 

Gözləntilərimiz:

- Marketinqə həddən artıq həvəsli (bu, bizim üçün ən vacibidir)

- Aktiv və gülərüz danışıq tərzi

- 3 ay boyunca proqramda full-time iştirak

- Yalnız məzunlar

 

 

Şərtlər:

- Təqaüd: aylıq 150 AZN

- Elmlər m. yaxınlığında innovativ mərkəz

- Kreativ və gənc komanda

- Yekunda işə qəbul olma fürsəti

- Korporativ nömrə, telefon, macbook ilə təmin olunma

- Proqram saatları: 10:00-dan 18:00-dək (həftədə 6 gün)

- Proqram müddəti: 3 ay

 

 

Müraciət:

Müraciət üçün Fotoşəkilli CV faylınızı "Marketing intern" mövzusu ilə [email protected] ünvanına göndərin. Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 37
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 159
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 150
Lisey və gimnaziyala...