![](https://cloud.edumap.az/cdn/posts/full/02/1823426345503154.webp)
İş Tapmaq Şansınızı Artıracaq Düzgün CV Göndərmə Qaydaları!
Düzgün CV göndərmək yalnız iş axtarışında deyil, həm də peşəkar təsəvvür yaratmaqda da vacibdir. Namizədlər bəzən kiçik detallara diqqət etmədiyinə görə iş imkanlarını əldən qaçırırlar. Bu bloqda CV göndərmənin etik qaydalarını öyrənəcəksiniz ki, iş görüşünə dəvət alma şansınız daha yüksək olsun.
1. CV-nizi Uyğun Formatda Göndərin
CV göndərərkən onu PDF formatında saxlamaq daha münasibdir. Çünki Word formatında göndərilmiş CV-lər bəzən formatı uyğun gəlmir və qarışır. CV-nizin adı da peşəkar olmalıdır, məsələn, Ad_Soyad_CV.pdf kimi.
2. E-poçt Mövzusunu (Subject) Düzgün Yazın
E-poçt mövzusunda (subject) vakansiya adını qeyd etmək vacibdir. Misal:
✅ Müştəri Xidmətləri Üzrə Mütəxəssis Vakansiyasına CV
❌ CV Göndərirəm (belə qeyri-müəyyən ifadələrdən qaçın)
3. E-poçt Mətninə Mütləq Məlumat Yazın
Boş e-poçt göndərmək qeyri-peşəkar təsəvvür yaradır. E-poçta münasib bir mesaj yazın:
Mövzu: Müştəri Xidmətləri Üzrə Mütəxəssis Vakansiyasına CV
Mətn:
"Hörmətli HR komandasi,
Mən [Ad, Soyad] [şirkət adı] tərəfindən elan edilmiş 'Müştəri Xidmətləri Üzrə Mütəxəssis' vakansiyasına müraciət edirəm. Şəxsi bacarıqlarım və iş təcrübəm bu vəzifəyə uyğun olduğunu düşünürəm. CV-mi təqdim edir və sizinlə iş görüşü kecirməyi də söhbət etməyi ümid edirəm."
Təşəkkür edirəm,
Ad Soyad
Telefon: +994XX XXX XX XX
E-poçt: [email protected]
4. Müraciət Etmədən Ənəvvəl Tələbləri Oxuyun
Vakansiya elanındakı tələblərə uyğun olmadığınız halda CV göndərməyin mənası yoxdur. Bu, HR-ın şəxsin vaxtını almaqla yanaşı, sizin haqqınızda da qeyri-peşəkar təsəvvür yarada bilər.
5. Sosial Mediya Profillərinizi Təmizləyin
HR-lər bəzən namizədin LinkedIn və ya digər sosial media profillərinə baxırlar. Peşəkar olmayan paylaşımlar sizə mənfi təsir edə bilər. LinkedIn profilinizi yeniləyin və müvafiq şəkil əlavə edin.
6. Eyni Şirkətə Dəfələrlə CV Göndərməyin
Eyni vakansiya üçün dəfələrlə CV göndərmək narahatlıq yarada bilər. CV-də dəyişiklik etmək istədiyiniz bir detallar varsa, HR- ilə əlaqə saxlayaraq məlumat verə bilərsiniz.
CV göndərmə etik qaydalarına riayyət etməklə iş görüşü alma şansınızı artıra bilərsiniz. Düzgün formatda CV hazırlamaq, peşəkar e-poçt yazımaq və vakansiya tələblərinə diqqət yetirmək karyeranızın inkişafında vacib addımlardandır.
Uğurlar!
Hazırladı: Rasim Abdurahman
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur