Bazar ertəsi, 25 Avqust, 2025

ARTİ peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün sual hazırlayan mütəxəssislər axtarır!


  • Dərc edildi: 15 Avqust, 2024 - 16:39
ARTİ peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün sual hazırlayan mütəxəssislər axtarır!

ARTİ peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün sual hazırlayan mütəxəssislər axtarır!

 

Azərbaycan Respuplikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün aşağıdakı ixtisaslar üzrə sual hazırlayan mütəxəssislər axtarır:

• Aşpaz köməkçisi
• Bərbər köməkçisi
• Mebel quraşdırma ustası köməkçisi
• Kombi kondisioner ustası köməkçisi
• Qrafik dizayner
• İT – Kompüter operatoru
• Qənnadçı köməkçisi
• Dülgər köməkçisi
• Dərzi köməkçisi
• Çilingər köməkçisi
• Aqronom köməkçisi
• İT – Help Desk

Namizədlər üçün tələblər:

  1. Müvafiq ixtisas üzrə minimum 3 il pedaqoji, 3-5 il sənaye üzrə iş təcrübəsi;
  2. İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
  3. Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
  4. Bacarıq və səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində təcrübə;
  5. Suallar və praktiki tapşırıqların dərs proqramlarına və standartlarına uyğun hazırlanma bacarığı.      

         

İş rejimi: Sərbəst qrafiklə.

Qeyd: Peşə təmayüllü siniflərdə fəaliyyət göstərən namizədlərin müraciəti qeydə alınmayacaq.

Müraciət forması: Yuxarıdakı qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu hissəsində “qiymətləndirici” qeyd edərək 28 avqust 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 527
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7394
Sumqayıt Dövlət Univ...