Bazar ertəsi, 28 İyul, 2025

“İnnovasiyalar üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 5 Fevral, 2024 - 10:57
“İnnovasiyalar üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya

Komandamıza “İnnovasiyalar üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışındayıq. Əgər sizin peşəkar profiliniz aşağıdakı tələblərə cavab verirsə, CV-nizi “İnnovasiyalar üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Əsas funksiyalar:

-      Kosmik sahədə innovasiya və startap mühitinin inkişaf etdirilməsi, ekosistemin təkmilləşdirilməsi üzrə koordinasiya işləri;
-      İnnovasiyalar istiqamətində daxili və xarici ehtiyacların formalaşdırılmasına uyğun olaraq fəaliyyət planının qurulması;
-      İnnovasiya yönümlü layihələrin icrası və tələb olunan keyfiyyətdə, vaxtda və büdcə çərçivəsində yerinə yetirilməsi;
-      Agentlik daxilində innovasiyanın təşviqinə dair fəaliyyət planının hazırlanması və təsdiqlənmiş plana uyğun tədbirlərin həyata keçirilməsi;
-      İnnovasiya yönümlü böyümə strategiyasının, konsepsiyaların hazırlanması və müvafiq tədbirlərin icrası;
-      İnnovasiya sahəsində yeni əməkdaşlıq imkanlarının araşdırılması və qurulması;
-      İnnovativ inkişafın, kosmik ekosistemin dəstəklənməsi sahəsində görülən işlərə dair məlumatların yığılması və müvafiq hesabatların hazırlanması;
-      İnnovasiya sahəsində uyğun göstəricilərin və əsas performans göstəricilərinin mövcud olmasını təmin etmək;
-      İnnovasiya yönümlü kosmik maarifləndirmə tədbirlərinin icrası.

Tələblər:

-      İnnovasiyaların idarəedilməsi, Biznesin idarəedilməsi, Marketinq, Menecment, İqtisadiyyat və s. yönümlü ixtisaslarda ali təhsil;
-      Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə malik olmaq;
-      Startap planlamasına dair bilik;
-      Hakaton, akselerator və oxşar proqramların qurulması və idarəedilməsində təcrübə;
-      Tədbirlərin təşkili sahəsində təcrübə.

Dil bilikləri:
-      Azərbaycan dili yazılı və şifahi (yüksək səviyyədə);
-      İngilis dili yazılı və şifahi (yüksək səviyyədə).

Bilik və bacarıqlar:       
  
-      İnnovasiyaların idarəedilməsi;
-      Startapların qurulması və idarəedilməsi;
-      Məhsulun planlaşdırılması və inkişafı;
-      Layihə idarəetmə prinsipləri və standartları;
-      Biznes əməliyyatlar, proses və prosedurlar üzrə bilik;
-      İşgüzar əlaqələr qurmaq və saxlamaq;
-      Strateji və marketinq təhlilləri metodları üzrə bilik;
-      Əla şifahi və yazılı ünsiyyət;
-      İnamlı və proaktiv yanaşma;
-      Analitik və kritiki düşüncə;
-      Peşəkar və sosial mühitlərdə rahat çıxış etmə bacarığı;
-      Mükəmməl təqdimat bacarığı.

İş qrafiki:

-      Tam iş günü (5 gün);
-      Hibrid iş rejimi tətbiq edilə bilər.

Kompüter bilikləri:
 
-      MS Office (Excel, PowerPoint, Project üzrə yüksək səviyyədə biliklər).

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 214
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 804
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 620
Azərbaycan Texnologi...