"AFB Bank" ASC - də Aparıcı/Baş auditor vakansiyası

"AFB Bank" ASC Aparıcı/Baş auditor axtarışındadır !

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
Ali iqtisadi və ya riyazi təhsil,
Bank auditi sahəsində 2-3 illik təcrübə,
Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
 
İŞİN TƏSVİRİ:
 
Bank üzrə audit planının hazırlanması barədə təkliflər verir,
Audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini və yoxlamasını aparır,
Bankda olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş edir,
Normativ-hüquqi aktların, bankdaxili prosedurların icrası vəziyyətinin auditini aparır və ona edilmiş əlavə və dəyişikliklərə nəzarət sistemlərinin adekvatlığı nöqteyi-nəzərdən rəy bildirir,
Xərclərin səmərəliliyinin qiymətləndirilməsi işinin vəziyyətini təhlil və təftiş edir,
Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib edir və icrasına nəzarəti həyata keçirir,
Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə birbaşa rəhbəri məlumatlandırır,
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq təcrübədə qəbul olunmuş digər vəzifələri həyata keçirir.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az