"İnsan Resursları Şöbəsinin Rəhbəri" vakansiyası

Aqrar İnnovasiya və Təchizat Şirkəti "İnsan Resursları Şöbəsinin Rəhbəri" vakansiyasını elan edir!

Namizədə olan tələblər:
 
·           Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
·           İnsan resursları sahəsində təcrübə minimum 5 il;
·           AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
·           İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
·           İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
·           Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
 
Vəzifə öhdəlikləri:
 
·           Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;               
·           Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;                                                                
·           Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;                                                       
·           İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;                
·           Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
·           Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;                                                                    
·           Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;           
·           Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;                                                
·           Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;                                                                                       
·           Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;                                           
·           Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.                                   
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 2000 - 2200 AZN;
·           İş qrafiki : Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
·           Şirkət hesabına korporativ nömrə.
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az