Cümə, 22 Avqust, 2025

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur


  • Dərc edildi: 16 Aprel, 2024 - 01:19
İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur

 

Sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması və s. ilə bağlı öyrəndiklərini Model Müəssisədə təcrübədən keçirə biləcəklər.

 

İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda sınaqdan keçirmək imkanı da yaradılıb. 

 

Təlimlər aşağdakı mövzuları əhatə edir: 

- Dəyər, məsrəf və sahədə itki 

- ΚΡΙ-ΚΑΙ

- Standartlaşdırma

- Vaxtın ölçülməsi və müşahidə metodları

- 5S strategiyası

- Kaizen sistemi

- SMED

- Poka-Yoke, Jidoka

- JIT - Sinxronizasiya

- İtələmə-çəkmə sistemləri

- İdarəetmə strategiyası və davamlı inkişaf

 

Qeyd edək ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa ([email protected] və ya www.smb.gov.az saytının "Agentliyə birbaşa müraciət" bölməsi), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...