Cümə, 22 Avqust, 2025

“Müasir metodist” müsabiqəsinə start verilir


  • Dərc edildi: 15 Aprel, 2024 - 13:49
“Müasir metodist” müsabiqəsinə start verilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı üçün yenidən müsabiqə elan edir.

 

Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar.

 

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:
• Pedaqoji təhsil;
• Ən azı 7 illik pedaqoji təcrübə;
• Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);
• İKT bacarıqları;
• Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

 

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

 

Qeyd: Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

 

Qeydiyyat üçün son tarix 30 aprel 2024-cü ildir.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1oBxtxJwCx40YELrTI9qS7ZTSnPnzfH5oy23cnE_0j_g/viewform?edit_requested=true

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 271
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...