Bazar ertəsi, 25 Avqust, 2025

İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı


  • Dərc edildi: 8 Avqust, 2023 - 20:49
İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Öz işinin peşəkarları yanında təcrübə keçmək;
  • Real iş mühiti ilə tanış olmaq;
  • Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil arzuolunandır);
  • 4-cü kurs tələbələri və ya yeni universitet məzunları təcrübə proqramına müraciət edə bilər;
  • Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
  • Analitik düşüncə qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 553
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 102
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7417
Sumqayıt Dövlət Univ...