Bazar ertəsi, 11 Avqust, 2025

Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi vakansiyası


  • Dərc edildi: 28 İyul, 2022 - 09:59
Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi vakansiyası

Azərikard "Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir:

Tələblər:
·        Texniki istiqamət üzrə Ali təhsil;
·        Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə layihələrin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
·        Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
·        Layihə çərçivəsində texniki tapşırıqların icrasında iş təcrübəsi;
·        Bank kartları, bank hesabları, bank prosesləri və bankda olan digər texniki komponentlər haqqında biliklər;
·        Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
·        Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
·        Öz üzərində çalışma və inkişaf etmə istəyi;
·        Analitik yanaşma qabiliyyəti;
·        Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
·        Ünsiyyət qurma və komandada işləmək bacarığı.
 
Vəzifə:
·        Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
·        Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
·        Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi;
·        Şirkət daxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
·        Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
·        Layihələrin tələblərinin təhlil olunması;
·        Layihələrin tələblərindən irəli gələrək müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
·        Layihələrin idarə edilməsi, mütəmadi olaraq sprintlərdə iştirakın həyata keçirilməsi;
·        Layihələrə dəstək verilməsi məqsədilə həvalə olunmuş infrastrukturda müasir metodikaların tətbiqi və işin keyfiyyətinin artırılması üçün əlaqəli departamentlərin əməkdaşları və kənar təşkilatlarla qarşılıqlı əlaqələrin təmin olunması;
·        Xidməti məlumatların məxfiliyinin qorunması.

Namizədlərdən CV-lərini “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6219
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1276
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 492
“İnnovativ məktəb” l...