“Yaşıl dünya üçün” adlı rəsm müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondu İslam Əməkdaşlıq  Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Türkiyə Gənclər Fondu birgə “Yaşıl dünya üçün” müsabiqəsi elan edir

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədilə türkiyəli və azərbaycanlı gənclərlə yanaşı dünya müsəlman gənclərinin gözü ilə məsələyə yanaşmaq üçün “Yaşıl dünya üçün” adlı rəsm müsabiqəsi elan edilir.

Azərbaycan Respublikasının Gənclər Fondu, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Türkiyə Gənclər Fondunun (TUGVA) birgə həyata keçirdiyi müsabiqə hər iki ölkə gəncləri üçün eyni tarixlərdə və eyni şərtlərlə həyata keçiriləcəkdir.

Müsabiqənin müddəti: 1 mart 2024 – 8 aprel 2024

Müsabiqə qaliblərinin elanı: 18 aprel 2024

Mükafat: Hər ölkə üzrə 3 qalib gənc müəyyən edilərək, gənclər digər ölkəyə (azərbaycanlı gənclər Türkiyəyə, türkiyəli gənclər isə Azərbaycana) səfər etmək şansı qazanacaqdır. İƏT üzv ölkələrindən isə qalib olan gənc Azərbaycana səfər etmək şansı əldə edəcəkdir.

Müsabiqə 2 kateqoriya üzrə keçirilir:

  • Ənənəvi rəsm texnikalarından istifadə ilə hazırlanmış rəsm əsərləri üzrə;
  • Süni intellekt alətlərindən istifadə ilə hazırlanmış təsvirlər üzrə.Müsabiqədə iştirak şərtləri:
    1. Müsabiqədə 16-19 yaş arasında olan Azərbaycan və Türkiyə Respublikalarının vətəndaşları ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələrin vətəndaşları iştirak edə bilər;
    2. Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü ən azı A4 formatında olmalıdır;
    3. Rəsmlərin aşağı sağ küncündə gəncin adı, soyadı və təmsil etdiyi ölkə (Azərbaycan və ya Türkiyə) qeyd olunmalıdır;
    4. Rəsm əsərlərini göndərən zaman gəncin rəsm əsəri ilə olan foto şəkli də göndərilməlidir;
    5. Təsvirlər süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə gəncin özü tərəfindən yaradılmalıdır;
    6. Təsvirlər süni intellekt alətində hazırlanarkən rəngli formada və yüksək keyfiyyətli olmasına diqqət yetirilməlidir;
    7. Rəsm əsərləri və ya təsvirlər daha öncə heç bir yerdə nümayiş etdirilməməlidir;
    8. Hər bir gənc müsabiqəyə yalnız bir kateqoriya üzrə (rəsm əsəri və ya süni intellekt aləti tərəfindən yaradılmış təsvirlə) ən çox 1 rəsm və ya süni intellektlə yaradılmış təsviri təqdim edə bilər;

 

Müsabiqəyə təqdim edilmiş işlər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək  və qaliblər Fondun rəsmi veb və sosial media səhifələrində elan ediləcəkdir.

 

Müsabiqəyə aşağıdakı link vasitəsi ilə müraciət edə bilərsiniz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdQmzE1Lb2Ej1jDmTyS-1811TS2OI288ut2xUL0m2Qphl_8xA/viewform


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az