Araz Supermarketlər Şəbəkəsi "İnsan Resursları Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
Ali təhsil
Təlim və İnkişaf sahəsində minimum 2 il iş təcrübəsi
MS Office bilikləri (MS Excel və MS Power Point yaxşı səviyyədə)
Məsuliyyətlilik, planlama və təşkiletmə, əməkdaşlıq, effektiv ünsiyyət, təqdimetmə,problem həll etmə bacarığı
Təlim, öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər
Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq və təşkil etmək
Şirkətdaxili və xarici təlimləri araşdırmaq, təşkil etmək və effektivliyinin qiymətləndirilməsi prosesini həyata keçirmək
Öyrənmə və İnkişaf portalında (LMS) işini təşkili və mütəmadi təkmilləşdirmək
Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək
Karyera xəritələrinin hazırlanmasını və tətbiq edilməsini təmin etmək
Kritik vəzifələr və davamçı proqramını təşkil və təqib etmək
Kritik rollar, davamçılar üzrə fərdi inkişaf planlarını tərtib və icra etmək
Vəzifələr üzrə səriştə bazasının hazırlanması prosesində iştirak etmək
Vəzifə dəyərləndirmələri üzrə imtahanları təşkil etmək və icra etmək
Təlim və İnkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq
Təminatlar:
Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük iş qrafiki
Servis xidməti mövcuddur
Müraciət üçün:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ İR Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur