Bazar, 10 Avqust, 2025

8-ci ANİMAFİLM Festivalı üçün təcrübəçilər axtarılır


  • Dərc edildi: 3 Avqust, 2025 - 15:31
8-ci ANİMAFİLM Festivalı üçün təcrübəçilər axtarılır

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2025-cü il tarixlərində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində keçiriləcək.

Bu il festival komandamıza qoşulacaq 4 enerjili və təcrübəli intern axtarırıq! 

Əgər sən də animasiyanı sevir və bu sahədə real təcrübə qazanmaq istəyirsənsə – bizə qoşul!

Təcrübəçiləri bu 4 istiqamət üzrə axtarırıq:

Sosial media – kontent (story, reels, Tiktok videoları) ideyalarını hazırlamaq, onları çəkmək və sosial şəbəkələrdə paylaşmaq. 

Layihə menecementi – festivalın direktoruna və layihə menecerinə administrativ işləri ilə kömək etmək 

Texniki işlər – nümayişlər və tədbirlər zamanı texniki avadanlıqlara nəzarət və texniki dəstəyin göstərilməsi.

Qonaq menecementi – yerli və xarici qonaqların qarşılanması, müşayiəti və ehtiyaclarının koordinasiyası.

Müraciət üçün son tarix – 10 avqust. Müsahibələr 13–15 avqust tarixlərində keçiriləcək. Nəticələr isə sizə 15 avqustda bildiriləcək.

 

VACİB QEYD: 3–7 sentyabr tarixlərində keçiriləcək festival günlərində hər gün saat 09:00-dan 23:00-a qədər bizimlə (fərqli məkanlarda) birlikdə olmağınızı istəyirik. Gün ərzində sizə yüngül yeməklər təqdim olunacaq. Anlayışınız üçün təşəkkür edirik və sizə uğurlar arzulayırıq!

Müraciət et

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6157
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1242
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 472
“İnnovativ məktəb” l...