Çərşənbə axşamı, 26 Avqust, 2025

"Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı"na seçimlər başlayıb


  • Dərc edildi: 17 Avqust, 2024 - 02:21
"Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı"na seçimlər başlayıb

"Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı"na seçimlər başlayıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2023" qrant müsabiqəsi çərçivəsində qalib gəldiyim "Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı"na seçimlər başlayıb!

Əgər siz də təlimçi kimi özünüzü inkişaf etdirmək istəyirsinizsə, "Youth4Youth: Gənc Təlimçilərin İnkişaf Proqramı"na müraciət edə bilərsiniz!

5 günlük təlim proqramının həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan və gələcəkdə özünü təlimçi olaraq təkmilləşdirmək istəyən gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının gücləndirilməsi, mövcud imkanlardan düzgün istifadə ilə bağlı məlumatlandırılmaları, onlar üçün 5 günlük Təlimçilər üçün Təlim proqramının təşkilini təmin etməkdən ibarətdir.

Qeyd edim ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evinin tərəfdaşlığı ilə keçirilir.

Tarix: 19-23 avqust 2024
Məkan: Lənkəran Gənclər Evi

Son qeydiyyat tarixi: 17 avqust 2024

 Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSfj2UjGS5wJ602MWA7zUhnCwdCtcZh_OAECaJFyhB0HNt0IKw/viewform

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 600
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 118
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7452
Sumqayıt Dövlət Univ...