Çərşənbə axşamı, 17 İyun, 2025

Korporativ katib vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 11:17
Korporativ katib vəzifəsi üzrə vakansiya

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Korporativ katib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin iş prosesinin təşkilini təmin etmək;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı planlama prosesində fəal iştirak etmək;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı məlumatlandırma prosesini təşkil etmək;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələri iş üçün zəruri materiallarla təmin etmək;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarə edilməsi prosesini təşkil etmək;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarları haqqında şirkət əməkdaşlarını məlumatlandırmaq;
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarlarının və tapşırıqlarının icrasına nəzarət etmək;
Şirkətdə korporativ idarəetmə sistemi və mədəniyyətinin formalaşdırılmasına dəstək olmaq;
Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Namizədlərə əsas tələblər:
Ali təhsil (Hüquq, Beynəlxalq münasibətlər və oxşar sahələr üzrə);
İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
MS Office (Power Point, Word, Excel) proqramlarında işləmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), İngilis dili (əla);
Minimum nəzarətlə effektiv işləmə bacarığı;
Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
Zamanın səmərəli və effektiv idarə edilməsi;
Güclü təşkilatçılıq bacarığı və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq.

Maraqlanan şəxslər elektron məktub başlığında “Korporativ katib” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 646
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 160
Sertifikatlaşdırmada...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 317
Mərkəzi imtahanla qə...