Araz Supermarketlər Şəbəkəsi " İnsan Resursları əmək haqqı üzrə mütəxəssis " vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər
Ali təhsil
İş təcrübəsi: 1 ildən yuxarı
MS Office bilikləri
Əmək məcəlləsi haqqında haqqında biliklər
Komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək
İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq
Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək
Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq
Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək
Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Təminatlar:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük iş qrafiki
Nahar ilə təmin edilmə
Servis xidməti.
Müraciət üçün:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ İnsan resursları əmək haqqı üzrə mütəxəssis ” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur