Bazar ertəsi, 1 Sentyabr, 2025

Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılışı olub


  • Dərc edildi: 12 İyul, 2023 - 21:16
Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılışı olub

Salyanda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılışı olub 

Salyan rayonunda ""Gənc şahinlər" hərbi-vətənpərvərlik klubu" layihəsinin açılış mərasimi keçirilib. 

Mərasimdə layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib.

Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu"nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan  ibarətdir.

Belə ki, Salyan rayonunda RESURS Gənclərin İnkişafı İctimai  Birliyinin nəzdində daimi və sistemli olaraq fəaliyyət göstərə biləcək "“Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu" yaradılacaq. 

Layihə çərçivəsində və layihə bitdikdən sonra klubun işini təşkil edə biləcək klub rəhbəri və köməkçisi seçiləcək. Daha sonra isə 16 nəfər yeniyetmə və gənclər seçilərək klub təsis ediləcəkdir. Klubun 10 günlük fəaliyyətindən sonra iyul ayı ərzində ardıcıl olaraq ümumrayon səviyyədə 2 tədbir təşkil olunacaq. Yekunda isə 16 nəfərlik hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq ki, burada klub üzvlərinə yeni həyati bilik və bacarıqlar aşılanacaq, onların vətəpərvərlik dəyərlərinin inkişaf etdirilməsinə dəstək olunacaqdır. 

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 iyul-31 avqust tarixlərini əhatə edəcək.


 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7862
Sumqayıt Dövlət Univ...