Cümə axşamı, 3 İyul, 2025
<script async src="//code.ainsyndication.com/v2/js/slot.js?11052025"></script>

“Qızıl Yardım” layihəsinin ikinci mövsümü başlayır

<script async src="//code.ainsyndication.com/v2/js/slot.js?11052025"></script>

  • Dərc edildi: 12 İyul, 2023 - 21:18
“Qızıl Yardım” layihəsinin ikinci mövsümü başlayır

 

“Qızıl Yardım” layihəsinin ikinci mövsümü başlayır

 

“İRƏLİ” İctimai Birliyinin Səhiyyə Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclərin ilk yardım bacarıqlarının artırılmasına yönəlik “Qızıl Yardım” layihəsinin ikinci mövsümü başlayır.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, 17-21 iyun tarixlərində baş tutacaq layihədə iştirak hüququ qazanmış gənclər xüsusi proqram çərçivəsində ilk yardım təlimləri, müxtəlif simulyasiya və praktiki sessiyalarda iştirak edəcəklər. Xüsusi proqram mövzularına həmçinin ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, yaralanma, qanaxma, şok, huşunu itirmə, kəllə-beyin travmaları, zəhərlənmə, günvurma, epileptik tutmalar və digər mövzular daxildir.

<script async src="//code.ainsyndication.com/v2/js/slot.js?13052025"></script>

Qeyd olunub ki, “İRƏLİ” İctimai Birliyinin ofisində keçiriləcək bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İRƏLİ” İctimai Birliyi tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediləcəklər. Bununla yanaşı, təlim proqramını uğurla başa vurmuş gənclər Birliyin Səhiyyə Mərkəzinin təlimatçı bazasına əlavə olunacaqlar. “Qızıl Yardım” layihəsinin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək hadisələrə hazırlığını təmin etməkdir. Qeyd edək ki, layihənin ilk mövsümündə 30 gənc iştirak edib.

Layihədə iştirak etmək istəyən motivasiyalı, həvəskar və məsuliyyətli gənclər 12 iyul, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3XC6UOt 

<script async src="//code.ainsyndication.com/v2/js/slot.js?10052025"></script>

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 128
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 58
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 244
Məktəbəhazırlıq qrup...