PAŞA Malls Təmir işləri üzrə kordinator mütəxəssisi vəzifəsinə namizədlər axtarır

Vəzifə:
 

PAŞA Malls Təmir işləri üzrə kordinator mütəxəssisi vəzifəsinə namizədlər axtarır. Bu vakansiya 1 il müddətinə nəzərdə tutulub. 

 

İşin xülasəsi:
 

Təmir işləri üzrə kordinator ticarət mərkəzlərində təmir işlərinə rəhbərlik edir və maraqlı tərəflər arasında körpü rolunu oynayır. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 28 iyun 2023-cü il saat 18.00-dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:
 

  • Pərakəndə satış, ofis, ticarət mərkəzinin təmiri/yenidənqurma layihələrinə rəhbərlik etmək;
  • İcarəçilər, subpodratçılar, operatorlar, investorlar və digər maraqlı tərəflərlə sayt və ofis görüşlərinin idarə edilməsi;
  • Layihə üzərində işləyən bütün maraqlı tərəflər arasında müvafiq ünsiyyətin təmin edilməsi;
  • DWG fayllarında bütün layihələrin texniki baxışı;
  • Binaların təftiş işləri üçün layihə, spesifikasiya və BOQ hazırlamaq;
  • Layihələrdə yoxlama gündəliyini təqib eləmək;
  • Tikilməkdə olan ticarət mərkəzlərinin təmir-bərpa işlərinin auditi;
  • İcarəçinin fəaliyyətinin gündəlik yoxlanılması, onun nəzarəti və hesabatı;
  • Planlaşdırılan layihələrin sınaq istismara verilməsi işlərinə nəzarət;
  • Yoxlamaların aparılması və planlaşdırılan, davam edən layihələrin cədvəllərinin hazırlanması;
  • Kommersiya departamentinin ehtiyaclarını tikinti komandasına və ya icarəçilərə ötürmək;
  • Davam edən uyğunlaşdırma layihələrinin iş qrafiklərini mütəmadi olaraq yeniləmək;
  • Tikinti podratçıları üçün miqyaslı rəsmləri və müqavilə sənədlərini hazırlamaq;
  • Planlara uyğunluğuna nəzarət etmək üçün quraşdırma/yenidənqurma zamanı işlərin vaxtaşırı yerində müşahidəsini aparmaq.

 

Əsas meyarlar:
 

  • Memarlıq və ya inşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi və ya ona müvafiq bakalavr dərəcəsi;
  • Yaxşı planlaşdırma bacarığı;
  • Dizayn, tikinti və/və ya daşınmaz əmlakın inkişafı sektorunda minimum 5 il iş təcrübəsi;
  • AutoCAD üzrə mükəmməl bilik;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis və türk dillərində danışmaq bacarığı üstünlükdür;
  • MS Office Suite proqramında işləmə bacarığı;
  • Tikinti fəaliyyətlərinin auditini aparmağı bacarmaq;
  • Çoxlu tapşırıqları yerinə yetirmək bacarığı ilə güclü təşkilatçılıq bacarığı;
  • Tikinti sahəsində mexaniki və elektrik sistemləri ilə tanışlıq;
  • 3D modelləşdirmə və struktur proqramlar üzrə biliklər bir üstünlükdür;
  • Mükəmməl vaxt idarəetmə bacarıqları və işi prioritetləşdirmək bacarığı;
  • Detallara diqqət və problem həll etmə bacarığı;
  • Daha böyük bir komandanın bir hissəsi kimi yaxşı işləmək, həm də müstəqil şəkildə çatdırmaq və işləmək;
  • İntizamlı olmaq: şirkətin tələblərinə yüksək səviyyədə riayət etmək, məsələn, davranış qaydaları, geyim tərzi və s.

 

Şirkət haqqında:

 

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.

Qrupun portfelinə daxildir:

Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az