Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir

Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

- Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri

Əsas vəzifə öhdəlikləri:

 Layihələrin təşkili və idarəolunmasına nəzarət etmək;

 Aylıq planların hazırlanması və İdarə Heyətinin sədrinə təqdim edilməsi;

 Layihələrin gedişatına və öncədən təyin edilən tarixlərə uyğun işlərin çatdırılmasına nəzarət etmək;

 Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin həll edilməsi;

 Layihə üzrə ekspertlərin koordinasiyası;

 Layihə komandasını KPI-a əsasən qiymətləndirmək;

 Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirmək;

 Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin etmək;

 Layihələrin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;

 Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət etmək;

 İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Nəyi bilməlidir?

 Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyətini;

  MS Office proqramlarında sərbəst işləmək bacarığını.

Nəyi bacarmalıdır?

   ERP anlayışı və CRM bilikləri;

  PMP sertifikatlı namizədlərə üstünlük veriləcəkdir;

 Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə;

 Layihə qruplarını, büdcəni və cədvəli idarə etmək üçün birbaşa məsuliyyət daşıyan layihə liderliyi, vaxtı və heyəti idarə etmək bacarığının olması; 

  Təqdimetmə bacarığı;

  Ünsiyyət bacarığı;

  Məsuliyyətlilik.

Xüsusi tələblər:

 Ali təhsil;

 Layihələrin idarə edilməsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmalı.

Gözlənilən davranışlar:

 Analitik düşünmək, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;

  Nizam-intizam qaydalarına riayət;

  Komanda işi.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 02.09.2022-ci il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.


 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az