"Dəstəkçi" Sosial Sahibkarlıq Platfoması aşağıdakı istiqamətlər üzrə "Könüllü Təcrübə Proqramı" elan edir

"Dəstəkçi" Sosial Sahibkarlıq Platfoması aşağıdakı istiqamətlər üzrə "Könüllü Təcrübə Proqramı" elan edir 

- Layihələr üzrə koordinator 

- Sosial media meneceri 

- Qrafik dizayner 

- Kontent menecer 

 

Azərbaycanda öz sahəsində yenilikçi layihə olan  "Dəstəkçi"  sosial sahibkarlıq platforması    yaradıcı komandamızın bir parçası olacaq,  aktiv, yaradıcı, motivasiyalı, özünü inkişaf etdirmək və təcrübə qazanmaq istəyən gənclərin müraciətlərini gözləyir. 

 

Kimləri axtarırıq: 

 - Araşdırmağı sevən 

-  İdeyalarla dolu 

-  Trendləri tutmağı bacaran

- Sosial media sahəsində bacarıqları olan

-  Layihə, innovasiya kimi ifadələri görüncə bir ayrı  həyəcanlanan

- Sosial sahibkarlıq, sosial innovasiya,  sosial və ətraf mühit  mövzularına maraqlı olan

-Yaradıcı düşünənləri

 

Bəs siz bizimlə işləməkdən nə qazanacaqsınız:

- Yaradıcı və təşəbbüskar komandanın bir parçası olma

- Şəxsi və peşəkar inkişafınız üçün imkan

- Uğurlu networkinq əlaqələri 

 

İş şəraiti- Freelancer

 

Qeyd: Biz sizdən təcrübə tələb etmirik, təcrübəni biz sizə qazandırırıq.

 

Dəstəkçi(https://instagram.com/destekchi_org)  - resurslara ehtiyacı olan və cəmiyyətə faydalı bir təşəbbüsü olan şəxs,təşkilat, sosial və sosial sahibkarlıq layihələri və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq  dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə  bir araya gətirən  sosial sahibkarlıq platformasıdır.

 

Komandamızın dəyərli bir üzvü olmaq  istəyən şəxslər, öz CV  və Niyə O Ən Uyğun Namizəddir? sualına cavabı ilə birlikdə [email protected]  elektron poçt ünvanına başlıqda müraciət etdiyi istiqaməti qeyd edərək göndərə bilərlər 

 

Son müraciət tarixi: 31.01.2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az