28 oktyabr 2022-ci il saat 13:00 tarixində “Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması” layihəsinin açılış tədbiri baş tutmuşdur. Tədbirdə layihə təşkilatçlları, şagirdlər və valideyinlər, eyni zamanda dəvət edilmiş digər qonaqlar iştirak etdilər.
Bakı şəhəri 306 nömrəli məktəbin akt zalında baş tutan təbirdə ilk çıxışı giriş sözü ilə Bakı Gültəkin Ədilova etdi. Daha sonra çıxış edən layihə rəhbəri Rəsmiyyə Bayramova iştirakçılara layihə haqqında məlumat verdi və uşaqlara uğurlar arzuladı. Sonda təlimçi Asiman Qocayev təlimin gedişatı ilə bağlı texniki məsələləri təlimin gələcək iştirakçıları ilə müzakirə etdi.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi və eyni zamanda şagirdlərin vacib hesab etdikləri sosial problemlər və bu problemlər üçün mümkün həll yolları ilə bağlı fikirləri alındı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən layihə kritik düşüncəyə malik olan, təşəbbüskar və sosial-aktiv vətəndaşların yetişdirilməsinə töhfə vermək, şagirdlərin aktiv və məsuliyyətli vətəndaşlıq, sosial məsuliyyət barədə biliklərini artırmaq, şagirdlərin idea formalaşdırılması, kiçik ölçülü layihə yazılması və icra olunması barədə praktiki bacarıqlara yiyələndirmək, məktəbin sosial fəaliyyətlər üzrə strategiyasını formalaşdırmaq və cəmiyyətin sosial inkişafını artırmaq kimi məqsədlərini ehtiva edir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur