Cümə axşamı, 4 Sentyabr, 2025

ARTİ ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları təcrübə qazanmağa dəvət edir


  • Dərc edildi: 1 Avqust, 2022 - 15:12
ARTİ ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları  təcrübə qazanmağa dəvət edir

ARTİ ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gəncləri avqust ayından təcrübə keçməyə dəvət edir!
 
Namizədə aid tələblər:

• Ali təhsil;
• MS Office proqramları üzrə bacarıqlar;
• Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;
• Təşkilatçılıq bacarıqları;
• Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
• Təhsil sahəsinə maraq;
• Təşəbbüskarlıq və innovativlik.
 
Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:
 
• İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
• Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;
• Təhsil tədqiqatlarının aparılması;
• Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
• Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
• Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
 
Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dilində 14 avqust 2022-ci il tarixinədək “Təcrübə proqramı” başlığı (subject) ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Qeyd edək ki, yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1132
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 261
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8140
Sumqayıt Dövlət Univ...