Bazar, 1 İyun, 2025

“Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 19 Oktyabr, 2022 - 11:51
“Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Sahibkarlığın İnkişafı Fondu “Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

İŞİN TƏSVİRİ

 

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanması və əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlilin aparılması;
  • Uçotun BMUS/BMHS tələblərinə uyğun olaraq qurulması və aparılmasına nəzarət;
  • İllik BMHS-ə uyğun hesabatların və açıqlamaların hazırlanması;
  • İllik büdcə və maliyyə proqnoz modelinin hazırlanması, faktiki və büdcə rəqəmlərinin müqayisəli təhlili və kənaraçıxmalar üzrə hesabatın təqdim edilməsi;
  • Maliyyə-mühasibat proqramının təkmilləşdirilməsində iştirak;
  • Daxili və xarici auditorlarla sıx işləmək;
  • Rüblük əsasda büdcə üzrə cari yeniləmələrin aparılması;
  • Nəzarət mexanizmləri və proseslərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • Rəhbərliyin tələbi ilə qərar vermə prosesində faydalı ola biləcək əlavə hesabatların hazırlanması;

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

 

  • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili;
  • Əlaqəli sahədə minimum 2 illik təcrübə (bank/maliyyə institutlarında təcrübə arzuolunandır);
  • ACCA F2, F3, F5, F7 imtahanları üzrə sertifikatı olanlara üstünlük veriləcək;
  • 1C proqramında işləmək bacarığı;
  • Mühasibat uçotu və vergilər üzrə yerli qanunvericilik üzrə biliklər;
  • MS Office proqram təminatları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Mükəmməl Azərbaycan dili biliyi (ingilis dili bilənlərə üstünlük veriləcək);
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

 

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

 

Son müraciət tarixi: 01.11.2022

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 131
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 183
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...