Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
İşin adı: Təhsil işləri üzrə menecer
İşin təsviri:
- Müəllimlərin seçimi və işə qəbul prossesinə rəhbərlik etmək;
- Dərslərin monitorinqi və qiymətləndirilməsini aparmalı;
- Tədris proqramlarının hazırlanmasında iştirak və icrasına nəzarət etməli;
- Müəllim heyəti ilə pedaqoji görüşlərin təşkili və inkişaf istiqamətli işləri görməli;
- Tələbə geri dönüşləri əsasında tədris keyfiyyətinin artırılmasını təmin etmək;
- Müəllim proqramlarının tərtibatı və nəzarətin həyata keçirilməsi;
- Tələbələr üçün testlərin hazırlanması və tətbiq olunması, səviyyə imtahanlarının təşkil olunmasına nəzarət;
- Müəllim maaşlarının hesablanması üçün tələbə başı qiymətlərin təyin edilməsi
- Müəllimlərin təlimat qaydalarına uyğunlaşmalarına nəzarət etmək və həftəlik hesabat aparmaq;
- Mövcud məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması ilə əlaqədar işin təşkili
- Mövcud və yeni məhsullarla bağlı bazar araşdırmasının aparılması (metodologiya, qiymət və sair)
- Marketinq tərəfindən kreativ kontentin yaradılması üçün məhsul üzrə briflərin hazırlanması və icra edilməsinə nəzarət
- Satış prosesində məhsulun doğru təqdim edilməsini təmin etmək
Namizədə tələblər:
- Ali təhsil, xarici ölkələrdə təhsil almış olması üstünlükdür;
- İngilis dili bilik səviyyəsi yüksək olmalı;
- Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL, SAT, CELTA və s);
- Təhsil sahəsində mövcud tendensiyalar və inkişafları bilməli;
- Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə;
- Yaradıcı düşünmə qabiliyyəti;
- Təhsil kurslarında minimum 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə təşkilatçılıq bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Güclü nəzarət və liderlik bacarıqları;
İş qrafiki:
- 6 günlük iş qrafiki;
- Maaş: 1200-1500 AZN;
- Şirkət tərəfindən nahar ilə təmin edilmə;
- ARƏM uyğun işə qəbul;
- İş saatı: 09:00-18:00;
İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz, Zahid Xəlilov küçəsi 25B.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təhsil işləri üzrə menecer” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur