Çərşənbə axşamı, 26 Avqust, 2025

"Gənc Ailələrin I Forumu" layihəsi


  • Dərc edildi: 26 Aprel, 2023 - 12:21
"Gənc Ailələrin I Forumu" layihəsi

"Gənc Ailələrin I Forumu" layihəsi

Addım Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 14 və 15 may 2023-cü il tarixlərində Bakı şəhərində “Gənc Ailələrin I Forumu”u layihəsi həyata keçiriləcəkdir. Layihənin həyata keçirilməsində əsas məqsəd, gənc ailələri müxtəlif sahələr ilə bağlı (kişi-qadın münasibətləri, hüquq, uşaqların böyüdülməsi və tərbiyəsi, təhsil, sağlamlıq, psixoloji, büdcə planlaşdırması, gözəllik, dəb və s.) maarifləndirmək, həmçinin, peşəkar təlimçilər və ekspertlər tərəfindən müxtəlif növ interaktiv təlim və simulyasiyalar, habelə birgə müzakirələr, işçi qruplar formatında görüşlər və əyləncəli oyunlar həyata keçirməkdir. 

“Gənc Ailələrin I Forumu”nda iştirak etmək istəyən ailələr aşağıda göstərilmiş xanaları (hər kəs tək fərd olaraq) düzgün doldurmaqla qeydiyyatdan keçə bilərlər.

 Qeyd: Layihədə uşaqların iştirakı nəzərdə tutulmamışdır.
 

14 və 15 may 2023
📍: Bakı, Azərbaycan (15 may Bakı – Fairmont Hotel Baku)
Əlaqə məlumatları: [email protected]  // +994507077909

Vacibdir:

1. Nəzərinizə çatdırmaq istərdik ki, Forum iştirakçıları qeydiyyat suallarına verilmiş cavablar əsasında seçiləcək.

2. Tədbirdə iştirak etmək üçün aktiv vaksin/immun sertifikatı tələb olunur.

3. Yalnız qeydiyyatdan uğurla keçmiş şəxslərə təsdiq məktubu göndəriləcəkdir. 

Qeydiyyat linki: LİNK

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 592
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 115
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7446
Sumqayıt Dövlət Univ...