Satış təmsilçisi vakansiyası

"Saloğlu" Fərdi Firması Satış təmsilçisi vakansiyasını aktiv elan edir. Təklif olunan əmək haqqı 800 - 1300 AZN təşkil edir.

İş barədə məlumat:
- Yaş həddi 20-35;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatlarına uyğun olaraq ətraflı və dolğun məlumat vermək və seçimlərində köməklik göstərmək;
- Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək;
- Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək;
- Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət;
- Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək;
- Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək;
- Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək;
- Həftənin 6 günü saat 10:00-dan 19:30-dək
- Həftə içi 1 gün istirahət günü
- Əmək haqqı + Bonus

Namizədə tələblər:
- Azərbaycan və rus dili bilikləri mütləqdir, ingilis dili arzuolunandır;
- Mebel satışı sahəsində təcrübəsi arzuolunandır;
- Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı;
- Karyerada yüksəliş imkanı.

CV-nizi 10 oktyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az