Çərşənbə axşamı, 26 Avqust, 2025

"Məktəbimizin xarizmatik natiqləri" layihəsinin bağlanış mərasimi keçirilib


  • Dərc edildi: 15 Fevral, 2024 - 11:22
"Məktəbimizin xarizmatik natiqləri" layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Məktəbimizin xarizmatik natiqləri" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Bakı Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, XRİH-nin şöbə müdiri Pənah İmanov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə, Bakı şəhəri 264 nömrəli məktəb-liseyin direktoru Mehriban Mustafayeva, Zəkalar liseyinin direktor müavini Lalə Məmmədova, layihənin təlimçisi Nəcəf Allahverdiyev, müəllimlər və valideynlər iştirak edib.

Layihədə iştirak edən şagirdlər sertifikatlarla təltif edilib.

Qeyd edək ki, layihənin məqsədi "Məktəbimizin xarizmatiq natiqləri” təlimlərinin keçirilməsi ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizin natiqlik qabiliyyətinin artırılmasıdır.

Layihədə iştirak edən bütün şagirdlərə və idarə heyətinə təşəkkür edirik.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 572
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 106
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7434
Sumqayıt Dövlət Univ...