Cümə, 30 May, 2025

Mərkəzləşdirilmiş dispetçer xidmətinin elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kursu


  • Dərc edildi: 26 Aprel, 2023 - 12:27
Mərkəzləşdirilmiş dispetçer xidmətinin elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kursu

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Mərkəzləşdirilmiş dispetçer xidmətinin elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kursuna qəbul elan edir.
Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:
- mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
- 24-35 yaş arası kişi və qadınlar;
- hərbi bilet (kişi namizədlər üçün yararlılıq kateqoriyası ilə);
- 1 ildən artıq iş təcrübəsi olanlara üstünlük veriləcək.
Seçim bir neçə mərhələdə olmaqla, məntiq və peşə hazırlığı testləri, müsahibə yolu ilə aparılacaq. Qəbul imtahanı mərhələlərini uğurla başa vuran namizədlər tibbi yoxlamadan keçməklə xüsusi hazırlıq kursuna cəlb olunacaqlar.
Tədris prosesinin 12-14 ay davam etməsi nəzərdə tutulub.
Kursu uğurla başa vuran məzunlar elektrik dispetçeri vəzifəsi üzrə işə qəb

ul olunacaqlar.
Seçim prosesinə qoşulmaq istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron ərizələr yalnız 2023-cü il aprel ayının 25-dən may ayının 8-nə qədər qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “elektrik dispetçeri” qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada “elektrik dispetçeri” qeydi olmayan ərizələr CV bankına daxil olmur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 86
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 140
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 78
XVIII Beynəlxalq Ast...